!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəlirləri üstələyən İNFLYASİYA: "Əhali eyni məhsulları ötən illə müqayisədə 17 faiz daha baha alır"

!Reklam – Yazi

“Zəruri malların, həmçinin ərzaq mallarının qiymətlərində ikirəqəmli inflyasiya mövcuddur”.

Bu sözləri ərzaq və digər zəruri malların qiymətlərinin artım istiqamətindəki dəyişikliyimə münasibət bildirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, hazırda inflyasiya gəliri üstələyir:

“Pərakəndə ticarət dövriyyəsi fonunda əhalinin ərzaq malları, içki, tütün məmulatları və digər məhsullara xərclədiyi pulun həcmi artıb. Bunun əsas səbəbi onunla bağlıdır ki, ötən il olduğu kimi, bu il də intensiv inflyasiya müşahidə olunur. Yəni ərzaq mallarının, həmçinin digər zəruri malların qiymətlərində ikirəqəmli inflyasiya mövcuddur. Ötən il bu göstərici 20 faizin üzərində olduğu halda, bu il 17 faiz civarındadır. Təbii ki, insanlar həyat şəraitini təmin etmək üçün bu mallardan istifadə etməlidirlər. Qiymət artsa da, azalsa da, bunları almaq məcburiyyətindədir. Artımın səbəbi sırf inflyasiya ilə bağlıdır. Əhali eyni məhsulları ötən illə müqayisədə 17 faiz daha baha alır. Bu durumda belə sual yaranır, insanlar nə etməlidirlər? Öz gəlirlərini artıran və əlavə gəlir sahələri əldə edə bilən şəxslər özlərini bu inflyasiyadan qoruya biləcək. Bunu edə bilməyənlər isə maddi itkilərlə qarşılaşmalı olacaqlar ki, bunun da şahidi oluruq. Ötənilki göstəricilərə nəzər salsaq, inflyasiyanın gəlirləri üstələdiyinin şahidi olarıq. Əgər bu il də eyni situasiya ilə qarşılaşsaq, yenə də əhalinin maddi çətinliklər riski artmış olacaq”.

Qeyd edək ki, Bakı Şəhər Statistika İdarəsinin açıqladığı məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 4656,4 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 faiz azalaraq 2866,8 milyon manat təşkil edib.

Yusif Səmədzadə

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv