!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəmidə oturub gəmiçi ilə dava... - Qüdsün erməni icması yəhudiləri MƏHKƏMƏYƏ VERDİ - FOTO

!Reklam – Yazi

Qüdsün erməni icması “İnək bağı”adlanan ərazini qorumaq üçün məhkəməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan məlumat verib.

O bildirib ki, Qüdsün erməni icması “tarixi” erməni məhəlləsinin “İnək bağı” adlanan ərazisinin mühafizəsi üçün hüquqi prosesə başlayıb.

Ermənilər fevralın 18-də Qüdsün Ermənistan Patriarxlığı ilə İsrailin “Xana Capital” şirkəti arasında imzalanmış icarə müqaviləsinin etibarsız sayılması üçün rəsmi olaraq məhkəməyə müraciət edib.

“Xüsusən, fevralın 18-də Qüdsün tarixi erməni məhəlləsinin erməni icması Ermənistan Patriarxlığı ilə İsrailin “Xana Capital” şirkəti arasında imzalanmış icarə müqaviləsinin etibarsız sayılması üçün rəsmən məhkəmə iddiası qaldırıb”, – Tatoyan deyib.

Xuraman Etibarlı

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv