!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc ailələrin BƏLASI: “Geni dəyişdirilmiş qidalar sonsuzluğun...” – TİBBİ RƏY

!Reklam – Yazi

Ötən günlərdə ÜST dünyada hər 6 insandan birinin sonsuzluqdan əziyyət çəkməsi ilə bağlı açıqlama yayıb. Aydın məsələdir ki, günümüzdə gənc ailələrin çoxu bu problem ucbatından valideyn ola bilmir.

Bəs bunun səbəbi nədir? Hansı amillər sonsuzluğun yaranmasında rol oynayır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən tibbi ekspert Rasif Bağırov bildirib ki, sonsuzluğun əmələ gəlməsi həm kişi, həm də qadın tərəfindən ola bilər:

“Bəzi hallarda sonsuzluq müalicəyə tabe olur. Amerika və Avropa alimlərinin araşdırmasına görə, sonsuzluq problemi yaşayan şəxslərin 25 faizinin hələ də bu xəstəliyə yoluxma səbəbi məlum deyil. Hərdən deyirlər ki, filan həkim onu müalicə etdi, uşağı oldu. Bunlar hamısı nisbi söhbətdir.

Son dövrlər sonsuzluğun artma səbəbi insanların həyat tərzi ilə əlaqəlidir. Sivilizasiya inkişaf etdikcə bütün digər xəstəliklərin də sayı artır”.

R. Bağırov onu da qeyd edib ki, hərəkətsizlik, keyfiyyətsiz və yağlı qidalar bu cür xəstəliklərin yaranmasında mühüm rol oynayır:

“Bəzi ölkələrdə geni dəyişdirilmiş qidalar tükədilir. Məsələn, süni ət, süni yağ və s. kimi kəşflər edilib. Həmin mənşəyi bəlli olmayan yeməkləri yedikcə, görürük ki, dünyada xəstəliklərin sayı da artır. Sonsuzluğun da sayı get-gedə artmağa başlayır. Burada ekoloji tarazlığın pozulmasından da söhbət gedir.

Bundan əlavə, insan bədənində kişi hormonlarının sayı fiziki iş zamanı artır. Bu dəqiqə ölkənin yarısından çoxu fiziki işlə məşğul olur. Buna görə də hormonal disbalans yaranmağa başlayır. Son olaraq onu qeyd edim ki, müasir həyat tərzi və qidalanma sonsuzluğun yaranmasını tətikləyə bilər”.

Şahanə Paşa

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv