!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gənc aktrisa “süniləşən” həmkarlarını QINADI: “Kimin dodağı daha böyükdürsə, kimin estetiki...”

!Reklam – Yazi

 

“Üz-gözlərinə o qədər dolğu vurdurublar ki, sifət sanki donub, heç bir emosiya hiss olunmur”.

Bu sözləri aktrisa və aparıcı Şəbnəm Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

Sənət aləmində artıq demək olar, hər kəsin bir-birinə bənzədiyni vurğulayan Şəbnəm estetik əməliyyatlarla təbii görkəmlərini itirən aktrisalardan gileylənib.

“İndiki aktrisaları yanbayan qoyanda, kimin kim olduğu bilnmir. Hamısı bir-birinə bənzəyir. Elə bil, inqkubatordan çıxıblar. Plastik və estetik əməliyyatların əleyhinə deyiləm. Əgər belə əməliyyatlara ehtiyac varsa, olunmalıdır. Amma hər şeyin bir əndazəsi olmalıdır axı…

Baxırsan aktrisadır, 20 yaşı var, ağzında öz dişləri olduğu halda, gedib diş əkdirir. Hamısı da ağzını açanda, eyni tərzdə gülür. Seriallara təsadüfü halda baxıram. Baxanda da, əsəbiləşməmək olmur.

Çünki üz-gözlərinə o qədər dolğu vurdurublar ki, sifət sanki donub, heç bir emosiya hiss olunmur. Üz-göz o qədər dartırlmış haldadır ki, bilmirsən gülür, ağlayır, hirslənir, sevinir, ya neynir?

Aktrisa üçün təbiilik çox önəmlidir. Ən azı, canlandırdığı obrazın daxili aləmini ifadə etmək üçün təbiilik, mimik hərəkətlər çox vacibdir. Əks halda, sən tamaşaçını necə inandıra bilərsən? Düşünürsən ki məgər rejissor bunu görmür? Ya da görür, sadəcə, görməzdən gəlir? Ona görə də öbraz da süni alınır.

Tamaşaçı da bunu gözəl hiss edir və kanalı dəyişir. Təəssürlər olsun ki, bu gün nə peşəkarlığa önəm verilir, nə də istedada… Kimin dodağı daha böyükdürsə, kimin estetiki daha çoxdursa, o da irəli çəkilir. Bu, nə qədər acı olsa da, həqiqətdir”.

Cəvahir

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv