!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: “Gəzməyən” kişi yoxdur”

!Reklam – Yazi

“Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün televiziyalarda Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir”. 

Xalq artisti Nurəddin Mehdixanlının: “Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün televiziyalarda Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir.

Telekanallarımızın əksəriyyətində verilişlər var, orada Azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi göstərilir. Qadınlar saçyolduya çıxırlar, boşanıb-evlənirlər”, – fikri hələ də sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

Onun fikirlərinə haqq qazandıranlar da var, qazandırmayanlar da…

Yencag.az-a açıqlama verən gənc aktrisa Vəfa Zülfüqar telekanallardan da çox ailə qurmaq xatirinə ailə quran gənclərin günahkar olduğunu bildirib:

“İndiki gənc ailələrin çoxunda ailə dəyərləri anlayışı yoxdur. Nurəddin Mehdixanlının fikirləri ilə razıyam, amma ailə qavrayışı olmayan bir zamanda belə verilişlərin olması da normaldır. Belə bir deyim var, insan özünə dəyər verməlidir ki, ətrafdakılar da ona dəyər versinlər.

İlk növbədə, bunu deyim ki, “gəzməyən”, xəyanət etməyən kişi yoxdur. Dünya yaranandan belə olub, belə də davam edir. Təəssüflər olsun ki, seçimlərini düzgün etməyən və bunun əziyyətini sonradan çəkən qadınlar da həyasızlıqla və dava-dalaş salmaqla öz səhvlərinin üstünü hər vəchlə örtməyə çalışırlar. Bu mənzərə də çox üzücüdür. Bəzi insanlar cəmiyyət basqısı ilə qarşılaşmamaq üçün ailə qururlar ki, bu da düzgün deyil. Evlənmək xatirinə evlənməyin də acı sonluqla bitməsini də hər kəs gözəl bilir”.

Qeyd edək ki, Nurəddin Mehdixanlı bu sözləri “Retro söhbət” yutub layihəsində deyib.

Cəvahir

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv