!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc jurnalist "Türk dünyasına xidmət" diplomu ilə təltif edildi - FOTOLAR

!Reklam – Yazi

Gənc jurnalist, Türkmedia.az saytının rəhbəri, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıçın Azərbaycandakı sözçüsü Günel Yaz “Türk dünyasına xidmət” diplomu ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, Günel Yaz “Vektor” Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk dünyası mədəniyyətinə böyük xidmətlərinə görə “Türk dünyasına xidmət” beynəlxalq diplomu ilə təltif olunub.

Mükafatları Günel Yaza “Vektor” Beynəlxalq Elmlər Akademiyasının və İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən Birləşmiş Millətlər Sosial Təltiflər Şurasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə təqdim edib.

Elçin İsgəndərzadə Günel Yazı fəaliyyətindən dolayı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Günel Yaz da öz növbəsində belə önəmli mükafata layiq görüldüyü üçün Elçin İsgəndərzadəyə və elmi şura üzvlərinə təşəkkürünü bildirib, verilən dəyərə layiq olmağa çalışacağını vurğulayıb. Gənc jurnalist ideya müəllifi olduğu“44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabını Elçin İsgəndərzadəyə təqdim edib.

Sonda xatirə fotosu çəkdirilib.

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv