!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gənc kadrların onlara göstərilən etimadı doğrultmadıqları haqda iddialarla razılaşmıram” – REAKSİYA

!Reklam – Yazi

“İdarəetmədə yeni nəslin təmsilçilərinə özlərini göstərmək üçün imkan yaradılması məqbul tendensiyadır”.

Bu fikirləri Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə üç rayona təyin olunan yeni icra başçılarından ikisinin gənc kadr olmasına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, kadr siyasətində gənclərə üstünlük verilməsi müsbət cəhətdir:

“Mən prezidentin yeni təyinatlarla bağlı qərarını müsbət qiymətləndirirəm. Ümumiyyətlə, idarəetmədə yeni nəslin təmsilçilərinə özlərini göstərmək üçün imkan yaradılması məqbul tendensiyadır.

Ümumiyyətlə, qəbul etmək lazımdır ki, gənc kadrlar öz təhsil və dünyagörüşləri baxımından, yaxşı mənada seçilirlər. Müasir texnologiyaları, idarəetmədə optimal fəaliyyət bacarıqlarını özlərində formalaşdırıblar. Ona görə də, buna normal yanaşmaq lazımdır.

Gənc kadrların onlara göstərilən etimadı doğrultmadıqları haqda iddialarla razılaşmıram. Ola bilər, müəyyən məsələlər olsun. Ancaq ümumi baxdıqda, onların fəaliyyəti qənaətbəxdir və gənc kadrlar təcrübə qazandıqca, daha da faydalı olacaqlar”.

A.Zeynalov

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv