!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gənc media nümayəndələrinin peşə təcrübə proqramı” adlı layihə baş tutdu

!Reklam – Yazi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının tərəfdaşlığı ilə “Gənc media nümayəndələrinin peşə təcrübə proqramı” adlı layihə keçirilib. Layihənin əsas məqsədi gənclərin media sahəsində nəzəri və praktiki təcrübə əldə etməsinə nail olmaq və gənc kadrların formalaşdırılmasına töhfə verməkdir.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində ilk olaraq qeyri-formal təhsil metodikası ilə 3 təlim baş tutub. Təlimlər zamanı müasir trendlər, ənənəvi və yeni media siyasəti, gənc jurnalistlərin media sahəsində üzləşdiyi problemlərin həll yolları ilə bağlı gənclərə ətraflı məlumat verilib, onların çoxsaylı sualları cavablandırılıb.

Layihənin növbəti hissəsində AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi, APA və ARB Media Qruplarına infoturlar təşkil olunub. Turlar zamanı gənclər media qurumlarının fəaliyyəti ilə tanış olub, iş prosesini yaxından izləyiblər.

Qeyd edək ki, “Gənc media nümayəndələrinin peşə təcrübə proqramı” Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi Lumu İsrəfillinin layihəsidir.

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv