!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gənc müğənnidən SƏRT AÇIQLAMA: “Bayağı dedikləri mahnılarla toylarda pullar qazanırlar”

!Reklam – Yazi

“Son vaxtlar dəb halını alıb, hər kəs bayağı mahnılardan danışıb müğənniləri tənqid edir. Bəzən elə bu cameədən olan insanlar da var ki, belə fikirlər səsləndirirlər. Təbii ki, hər kəsə şamil etmirəm. Amma o bayağı dedikləri mahnılarla toylarda pullar qazananlar da var. Bəzi insanlar da var ki, gizlincə o mahnıları dinləyir, amma söz düşəndə həmin mahnıları tənqid edir”.

Bunu “YouTube”da mahnıları ilə izləmə rekordu qıran gənc müğənni Həbibi Qubadzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə pis mahnı yoxdur, onu pis formada təqdim edən müğənni var:

“Mahnının bayağısı olmur. Təəssüf ki, musiqidə istifadə olunan mətnlər mahnıları bayağılaşdırır. Bir də onu bayağı şəkildə təqdim edən ifaçılar ola bilər. Təbliğatdan çox şey asılıdır. Bəzən balaca uşaqdan soruşursan, sənətkarları tanımır. Valideyn sənətkarları uşaqlarına tanıtmalıdır. Bilməlidir ki, övladı hansı musiqiləri dinləyir. Mən övladlarıma qadağa qoymuşam, onların musiqi zövqünə mənfi təsir edən və sözləri heç bir məna daşımayan, mahnıları dinləyə bilməzlər”.

“Gündəm naminə özümü hörmətdən salmaram”, – deyən sənətçi hər zaman qalmaqaldan uzaq olduğunu bildirib:

“Bəzən mənə deyirlər ki, mahnıların “YouTube”da izləmə rekordu qırır, amma gündəmin zəifdir, bəlkə, sən də gündəm naminə həmkarlarının ünvanına qalmaqallı fikirlər səsləndirəsən, kimisə təhqir edəsən. Həmişə belə şeylərin əleyhinə olmuşam. Müğənni özünü hörmətdən salmamalıdır. Əgər mənim insan kimi hörmətim olmayacaqsa, müğənni kimi məşhurlaşmaq nəyimə lazımdır?! Bəyəm keçmişdə məşhur sənətkarlarımız qalmaqalla gündəmə gəlmişdilər? Təəssüf ki, bu gün sənətdən daha çox dedi-qodu, söyüş, təhqir, bahalı avtomobillər, villalarla gündəmə gəlirlər, nəinki sənətlə. Hərənin öz yolu, öz düşüncə tərzi var. Kim necə istəyir. Özü bilər, öz şəxsi işidir, amma söhbət məndən gedirsə, heç vaxt bu yolu seçmərəm. Əflatun Qubadov kimi bir insanın yanında böyümüşəm. Necə ki atam şəxsiyyətini sənətindən üstün tutub, mən də o yolla davam edirəm”.

Cəvahir

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv