!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc tədqiqatçılar üçün elmi data bazalar haqqında seminar  keçirildi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gənc tədqiqatçılar üçün elmi data bazalar haqqında seminarlar” adlı layihə çərçivəsində Şamaxı şəhərində yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında gənc alimlər, doktorantlar və magistrlər üçün seminarlar keçirmişdir.

Layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialın direktoru, fəlsəfə doktoru Tünzalə Yusifova layihənin əhəmiyyəti barədə ətraflı məlumat vermişlər. Azərbaycan Gənclər Fondunun nümayəndəsi Vüsal Əhmədov Gənclər Fondu barədə təqdimatla çıxış etmişdir.

Seminarlarda tədqiqatçılar üçün beynəlxalq elmi data bazalar və indekslər haqqında təqdimatlar edilmiş, iştirakçılara Science Citation Index Expanded (SCIE), Social Sciences Citation Index (SSCI), Arts & Humanities Citation Index (AHCI), Emergizng Sources Citation Index (ESCI), Conference Proceedings Citation Index, Springer, Zentralblatt MATH, Math SciNet-Mathematical Reviews, Chemical Abstracts Service, Analytical Abstracts, Ulakbim, Pubchem, INSPEC-Direct, Astrophysics Data System, Compendex, GeoRef, Agris Pub Med, EconLit, Philosopher’s Index, PsycINFO və s. haqqında ətraflı informasiya və biliklər verilmişdir. İştirkçılar bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, data bazalara, açıq elmi platformalara çıxış imkanları barədə məlumatlandırılmışlar. Tələbələr Research gate, Mendeley, Figshare, F1000Research, həmçinin DOAJ, ORCID, DOİ haqqında da geniş biliklər əldə etmişlər.

Seminarlarda eyni zamanda iştirakşılara Coursera, EdX, LearningSpace from Open University, Miríadax, Open Course Library, Open Courseware, Saylor.org, Open Learning Initiative, Noba – Psychology Modules, OERu, OpenStax College, Open Textbook Library və sair elmi platformalar haqqında da məlumatlar verilmişdir.

Ümumilikdə 100 tədqiqatçını əhatə edən tədbirlərin yekununda iştirakçılara  bukletlər paylanmış, sertifikatlar təqdim edilmişdir.

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv