!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc tədqiqatçılar üçün "LATEX" proqramı üzrə seminar keçirildi - Fotolar

!Reklam – Yazi

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gənc tədqiqatçılara “LATEX” proqramının öyrədilməsi” adlı layihə çərçivəsində Mingəçevir Dövlət Universitetində gənc tədqiqatçılar, doktorantlar, magistrlər və gənc müəllimlər üçün seminar keçirilib.

Yenicag.az xəbər veri ki, gənc elmi tədqiqatçılar “LATEX” proqramının imkanları barədə məlumatlandırılıb, iştirakçılara Latex proqramı və onun imkanları haqqında prezentasiyalar təqdim edilib və onlara bu sistemdən istifadə yolları öyrədilib. İştirakçılar “Latex”-dən istifadə etmək üçün müxtəlif mətn redaktorları – Overleaf, Texmaker, Texstudio, LyX, Authorea, TeXnicCenter, Texworks və s. barədə biliklər əldə ediblər. Eyni zamanda, iştirakçılar”Latex” proqramının tətbiq sahələri və bunun əhəmiyyəti barədə geniş praktiki bilik və bacarıqlara yiyələniblər.

Gənclər Fondunun gənclər təşkilatları iş şöbəsinin əməkdaşı Vüsal Əhmədov tədbirdə iştirak edib, Fondun fəaliyyəti barədə iştirakçılara məlumat verib və sualları cavablandırıb.

Seminarlarda iştirakçılara bukletlər paylanılıb, sertifikatlar təqdim edilib.

 

 

 

 

 

 

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv