!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsinin hesabat tədbiri keçirildi - VİDEO

!Reklam – Yazi

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsinin yekun hesabat tədbiri keçirildi.

Yenicag.az xəbər verir ki, layihənin məqsədi XX əsrin bəlalarından sayılan narkomaniya, narkomanlığın gələcəyimiz olan gənclər arasında yayılmasının, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq, gələcək üçün sağlam gənclik və sağlam vətəndaşın yetişdirilməsinə köməklik göstərməkdir.

Layihə çərçivəsində gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda, ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə məlumatlandırma bukleti və maarifləndirici kitabça hazırlanıb.

Layihənin icrası davam edən aylarda orta və ali təhsil müəssisələrində yeniyetmə və gənclərlə silsilə görüşlər təşkil olunub və layihədə qaldırılmış problemin nə dərəcədə təhlükəli olduğu Azərbaycanın gələcəyi olan gənclərimizə çatdırılıb.

Hesabat tədbirində media və ictimaiyyət nümayəndələri, o cümlədən QHT sədrləri də iştirak ediblər.

Qeyd edək ki, sözügüdən layihənin 3 ay müddətində Bakı şəhərində icrası nəzərdə tutulub.

Gülşən Şərif

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv