Gəncə danışan deputatına qovuşur – VİDEO

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Vüsalə Muradovanın seçiciləri ilə görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, seçiciləri ilə görüşləri böyük maraqla qarşılanan Vüsalə Muradova onlarla yaşadıqları ünvanlarda görüşür.

Seçicilər onları dinləyən, probemlərini həll etmək üçün çalışan, parlamentdə susub oturmayan, ali qanunvericilik orqanında onların adından danışan, problemlərini daha yüksək yerlərə çatdıran deputat görmək istədiklərini bildirirlər.

Bu keyfiyyətərin hamısının Vüsalə Muradovada olduğunu böyük ümidlə qeyd edən seçicilər 9 fevralda ürəkdən, heç nə nədən çəkinmədən məhz Vüsalə Muradovaya səs verəcəklərini bildirirlər.

COP29