!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncə sakinində 7 kiloqram narkotik aşkarlandı

!Reklam – Yazi

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayonun Əhmədalılar kəndində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum edilmiş Yusif Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, onun üzərinə və ona məxsus çantaya baxış keçirilən zaman 2 kiloqram 700 qrama yaxın marixuana, 2 kiloqram 300 qramdan artıq metamfetamin və 2 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb və Y.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv