!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncə terrorunun şahidləri Azərbaycanın həbs etdiyi separatçılardan danışdılar - VİDEO

!Reklam – Yazi

Vətən müharibəsi zamanı Ermənistan cəbhə xəttindən on kilometrlərlə uzaqlıqda yerləşən bir neçə yaşayış məntəqəsinə terror hücumları həyata keçirib. Təkcə Gəncədə raket hücumlarından şəhid olan mülki şəxslərin sayı 26, yaralıların sayı isə 100-dən artıq olub.

Həmin vaxt bu hücumlara göstəriş verdiyini etiraf edən separatçı rejim başçısı Arayik Arutyunyan indi Azərbaycan qanunları qarşısında cavab verir.

Bu, hər bir azərbaycanlı üçün, xüsusilə də terrordan əziyyət çəkənlər üçün qürur və təsəllidir.

Raket hücumu nəticəsində atası həlak olan Ramiz Ağayevin özü və dörd ailə üzvü də xəsarət alıb. O, separatçıların həbs xəbərini alarkən keçirdiyi sevinc hissindən danışıb:
“Arayikin gətirildiyini görəndə çox sevindik. Atamın, qonşularımın məzarını ziyarətə gedəndə özümü gücsüz, günahkar hiss edirdim”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv