!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə 28 tüfeyli və dilənçi saxlanıldı

!Reklam – Yazi

Gəncə şəhərində tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Tədbir zamanı ümumilikdə 28 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbələrinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv