!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə “Azerçay” ilə Çay Festivalı keçirildi - FOTOLAR

!Reklam – Yazi

 

Gəncə şəhərində doğma çay, “Azerçay”ın təşkilatçılığı ilə möhtəşəm Çay festivalı keçirilib.
Festival 10, 11, 12 iyul tarixlərində “Bayraq meydanı”nda baş tutub.

Gəncə şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən və 3 gün ərzində davam edən  tədbirdə
insanların xoş istirahətini və əyləncəsini təmin etmək üçün çay ənənələrini əyani nümayış etdirən
guşələr ilə yanaşı, sənətkarlıq, duluzçuluq, toxuculuq kimi tarixi mədəniyyət nümunələrimizi
təmsil edən müxtəlif maraqlı guşələr yaradılıb, əyləncəli proqramlar təşkil edilib. Festivalda
həmçinin Gəncə sakinlərinə xüsusi ayrılmış guşələrdə “Azerçay” markasının çayından dadmaq
imkanı yaradılıb.

Tədbir zamanı uşaqlara ölkəmizin çayçılıq ənənələri barədə məlumat verilib
sonda isə simvolik “Çay eksperti” sertifikatı təqdim edilməklə yanaşı balacaları sevindirmək
üçün müxtəlif hədiyyələr verilib. Festival çərçivəsində ziyarətçilər üçün müxtəlif oyunlar təşkil
edilib və qaliblər mükafatlandırılıb. Eyni zamanda lotereya oyunu keçirilib, qaliblər müxtəlif
hədiyyələr qazanıblar.

Sənan Şəfizadənin aparıcılığı ilə keçirilən konsert proqramında isə tanınmış ifaçılar Ədalət
Şükürov, Ayaz Babayev, Elsever Muradov, “East or West”, “Nənələr” qrupu və digər müxtəlif
rəqs qrupları öz çıxışları ilə Gəncə sakinlərinə əyləncəli anlar yaşadıb.

Qeyd edək ki, illərdir Azərbaycan çay mədəniyyətini qoruyub saxlamaq missiyasını üzərinə
götürən “Azerçay” markası bu tədbiri həyata keçirərək həmçinin milli adət ənənələrimizə olan
həssaslığını əyani şəkildə nümayiş etdirir. Festival çərçivəsində doğma gəncəliləri sevindirmək
üçün, milli markamız , Nizami yurdunda 8000 ailəyə “Azerçay” buket hədiyyə edib, bununla
bərabər seçilmiş marketlərdə 3 ay ərzində 225 qramlıq adıçəkilən məhsula 15% endirim də tətbiq olunub.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv