Sosial Şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yenicag.az-a açıqlamasında bildirib ki, Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib.
E. Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir.
*** 10 :00
Gəncədə naməlum şəxs azyaşlı qıza qarşı şiddət göstərib.
Yenicag.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən video ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə tezliklə məlumat veriləcək.