!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə azyaşlıya şiddət göstərən şəxs saxlanıldı - VİDEO / YENİLƏNDİ

!Reklam – Yazi

Sosial Şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yenicag.az-a açıqlamasında bildirib ki,  Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri  tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib.

E. Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir.

*** 10 :00

Gəncədə naməlum şəxs azyaşlı qıza qarşı şiddət göstərib.

Yenicag.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən video ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə tezliklə məlumat veriləcək.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv