!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə müğənninin qətli ilə bağlı TƏFƏRRÜAT - FOTO/YENİLƏNDİ

!Reklam – Yazi

Bu gün səhər saat 7 radələrində Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov barəsində bəzi faktlar üzə çıxıb.

Yenicag.az xəbər verir ki, H.Abbasov 2008-ci ildən həbsdə imiş və bu ilin may ayında azadlığa çıxıb. Belə ki, 15 il əvvəl Hüseyn Bərdə rayonunda anası Ceyran Qiyasovanı döyə-döyə amansızlıqla qətlə yetirib. Həmin vaxt o həbs edilib. Həbs müddətində islah olunmayan şəxs azadlığa çıxandan sonra ögey (ata bir, ana ayrı) bacısı, Gəncədə yaşayan Səbinə ilə əlaqə saxlayıb. O, müğənnilik edən bacısından mütəmadi olaraq pul tələb etməyə başlayıb və aralarında narazılıq yaranıb.

Qeyd edək ki, H.Abbasov anasını qətlə yetirməmişdən əvvəl də cinayət əməli törədibmiş./qafqazinfo

***

11:11

Bu gün səhər saatlarında Gəncədə törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Yenicag.az xəbər verir ki, saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasovun daha əvvəl məhkumluq həyatı yaşadığı bildirilir./qafqazinfo

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv