!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə şirniyyat istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə fəaliyyət göstərən “Ballı” şirniyyat istehsalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Təbriz küçəsi, 100 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zaur Füzuli oğlu Yusibova məxsus “Ballı” şirniyyat istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv