Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yaranıb, vətəndaşlar təxliyə olunub - FOTO/YENİLƏNDİ

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.

FHN-dən Yenicag.azx-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.

 

Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub.

Yenicag.az xəbər verir ki, çökmə “Univermaq” binasında qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır./report

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600