!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə xəstəxanada ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

!Reklam – Yazi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə doqquz yaşlı qız xəstəxanada ölməsi ilə bağlı açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü il təvəllüdlü (qadın cinsli) şəxs fevralın 20-i, saat 02:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə yerləşdirilib:

“Ona plevrit diaqnozu qoyulub. Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 04:00-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi tənəffüs çatışmazlığı qeyd olunur”.

***

10:34

Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb.

Yenicag.az xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb.

Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub.
İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv