!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə yaşayış binasında yanğın oldu - VİDEO

!Reklam – Yazi

Gəncədə yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qurumun “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Atatürk prospektində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ilkin məlumata əsasən eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən mənzillərdən 16 nəfər sakin təxliyə olunub.

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv