!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılır - YENİLƏNDİ

!Reklam – Yazi

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, deputat Pərvin Kərimzadə, digər rəsmilər, ictimaiyyət nümayəndələri və şəhid ailələri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət ediblər.

Mərasim iştirakçıları terror zamanı şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin, o cümlədən dağılan ərazinin önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını ifadə ediblər.

Şəhidlərin ruhuna dualar oxunub.

***

12:29

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılır.

Yenicag.az xəbər verir ki, anım mərasimi Gəncə şəhərində, Vətən müharibəsi dövründə – 2020-ci il 11 oktyabr tarixində raket hücumuna məruz qalmış ərazidə keçirilir.

Mərasimə şəhər rəhbərliyi, idarə və təşkilatların rəhbərləri, polis əməkdaşları, təhsil işçiləri və digər ictimaiyyət nümayəndələri qatılıblar.
Düşmən terroru nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzülür, dualar oxunur.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində 26 mülki şəxs şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya atəşinə məruz qalıb./report

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv