!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər arasında hərb peşəsinə marağın artırılması mövzusunda tədbir keçirildi - FOTO/VİDEO

!Reklam – Yazi

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. 44 günlük “Vətən Müharibəsi” yuxarıda sadalanan fikirlərin bariz nümunəsidir.

1996-cı il fevralın 2-də keçirilən I Gənclər Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu:

“Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməli-dir”. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi. İndiyədək uğurla davam etməkdədir.

“İnnovativ Təşəbbüslər” ictimai birliyinin təşəbbüsü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında hərb peşəsinə marağın artırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində vətənpərvərlik mövzusunda maarifləndirici video roliklər hazırlanmış və ümumtəhsil müəssisələrində nümayış etdirilərək şagirdlər ilə motivasiya verici görüş və tədbirlər keçirilib. Keçirilmiş tədbirlər zamanı əsgər və hərbiçilərimizin “Şəhidlik” məqamına ucalaraq bizə “Şahidlik” mirasını buraxdıqları üçün üzərimizə düşən öhdəlikləri layiqincə gələcək nəsillərə ötürmək ən ümdə duran vəzifə borcu olduğu şagirdlərə aşılanıb.

Layihənin yekun təqdimatı səbəbi ilə bir qrup qazi, şəhid ailələri, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin zabit və kursant heyəti, ictimai fəallar və QHT rəhbərlərinin iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilmiş və layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verilib.

Təqdimatı giriş sözü ilə “İnnovativ Təşəbbüslər” ictimai birliyinin sədri Əşrəf Əhmədov açmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir. Əşrəf Əhmədov çıxışında layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Sonra müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları və hər bir Azərbaycan vətəndaşı qarşısında vəzifə borcu olması tədbir iştirakşılarını diqqətinə çatdırılıb.

Tədbirdə iştirak edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadə çıxışında ” hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır” deyərək Azərbaycan gəncliyinin bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda mühüm rol oynadıqlarını vurğulanıb.

Tədbirin sonunda layihə çərçivəsində aktiv və səmərəli fəaliyyətinə görə 132-134 nömrəli Təhsil Kompleksinin kollektivinə “Fəxri Fərman” digər ümumtəhsil müəssisələrinin müəllimlərinə “Təşəkkürnamə” təqdim edilib.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv