!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği davam etdirilir

!Reklam – Yazi

“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli sərvətimiz – mənəvi dəyərlərimiz” adlı layihəyə start verib.

Yenicag.az xəbər verir ki, Bakı şəhəri, Qəbələ və Şirvan rayonlarında həyata keçiriləcək layihənin 3 ay müddətində icra edilməsi nəzərdə tutulub.Layihənin əsas məqsədi yeniyetmə və gənclərə milli-mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirilən dövlət siyasətinə yardımçı olmaq, onların bu istiqamət üzrə maraqlarını daha da artırmaq, gənclər arasında “Milli sərvətimiz, mənəvi dəyərlərimiz” adlı bilik müsabiqəsinin təşkil edilməsi və mükafatlandırılması, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən bəhs edən kitabın nəşr edilməsi, eləcə də bu mövzuda cəmiyyətdə maarifləndirmə işinin aparılmasıdır.

Layihə çərçivəsində “Azərbaycan xalqının milli-mənəvi dəyərləri” adlı kitabın hazırlanması, yeniyetmə və gənclər arasında “Milli sərvətimiz, mənəvi dəyərlərimiz” adlı bilik müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Layihə vasitəsilə milli-mənəvi dəyərlərin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində görüləcək işlər vətəndaşlarımızın, xüsusilə də gənc nəslin qeyd olunan sahəyə maraqlarının artmasını hədəfləyir.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv