!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər arasında yayılan DEPRESSİYA: Hansı faktorlar rol oynayır? - AÇIQLAMA

!Reklam – Yazi

Araşdırmalar göstərir ki, son illərdə gənclər daha stresli və depressivdir. Əvvəllər cavan nəslin nümayəndələri daha enerjili, əyləncəli və xoşbəxt idisə, indi vəziyyət fərqlidir.

Bəs bunun səbəbi nədir? Onları narahat edən hansı məsələlər var?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, hazırki yaşamımız çox streslidir:

“Buna sosial şəbəkə, iqtisadi durum və insanların daxilindəki aqressiya da təsir edir. Nəzərə alsaq ki, pandemiyadan çıxmışıq, o dövrdəki psixoloji basqılar, qorxular hər kəsi həssaslaşdırıb.

Müəyyən psixoloji dəyişikliklər cəmiyyətdə və ailədə özünü göstərir. Hər kəsin öz individual problemi var. Və hər kəs də fərqli reaksiyalar verir. Hətta deyərdim ki, artıq dünyada aqressiya yayılıb.

Sosial şəbəkələrin də insanların həyatındakı rolu getdikcə artır.

Orada görülən həyatlar insanları stresə salır. Halbuki heç nə göründüyü kimi deyil və bu ağırlığı daşımaq çətindir”.

Şahanə Paşa

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv