Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Gənclər internetdən necə istifadə etməlidir? - FOTO

Gənclər internetdən necə istifadə etməlidir?

Yenicag.az xəbər verir ki, “Gənclər arasında “İnternetdən necə faydalanmalı?” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi başa çatıb.

“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yasamal rayonunda keçirilən layihə yeniyetmə və gənclərin böyük marağına səbəb olub, internetin faydalı cəhətləri, həmçinin zərərli tərəfləri haqqında da onlara geniş məlumatlar verilib, ictimai müzakirələr aparılıb.

Layihənin icrasında qarşıya qoyulan vəzifə gənclərə internetin imkanlarından daha səmərəli istifadə yollarını öyrətmək, “Google”, “Youtube” və s. bu kimi sosial servislərin imkanları barədə, eləcə də maraqlı təhsil yönümlü internet resursları haqqında məlumatlar vermək, eyni zamanda “təhlükəsiz internet sitifadəçisi” olmağa təşviq etmək olub.

Layihə çərçivəsində keçirilən tədbirlər vasitəsilə gənclər internetin imkanlarını tədqiq etməyi, eləcə də təhlükəsilik qaydalarına riayət etməklə internetin törədə biləcəyi fəsadların qarşısını almağı öyrəniblər./Bakucity/

www.yenicag.az

2258
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM