!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər və İdman Nazirliyi niyə De Byaziyə cavab vermədi?

!Reklam – Yazi

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimizin Belçika ilə matçı azərbaycanlı futbolsevərlər üçün acı bir tarix oldu.

Dünya səviyyəli rəqib Canni De Byazinin rəhbərlik etdiyi komandamızın qapısından beş cavabsız qol keçirdi. Şübhəsiz, tarixdə nəticə qalacağı üçün Belçika ilə görüş də futbolumuzun uğursuz səhifələrinə yazılacaq. Ancaq bundan da acısı Azərbaycanın çörəyini yeyən, ölkəmizdə layiq olmadığı pulları qazanan tərbiyəsiz italyan oyundan sonra ona çətin sual ünvanlayan azərbaycanlı jurnalistləri “axmaq” adlandırdı. Hər halda biabırçı məğlubiyyətə uyğun ünvanlanan suala başqa cavab tapa bilməyən mütəxəssis onu tənqid edən jurnalistlərə qarşı tərbiyəsizliyini göstərməklə vəziyyətdən çıxmağa çalışdı. Şübhəsiz, De Byazinin cavabı müxtəlif KİV-lərdə, televeziya verilişlərində media nümayəndələri tərəfindən verildi. Bununla yanaşı, ölkədəki idman jurnalistlərinə aid təşkilatlar da etiraz bəyanatı yaydılar və italyan mütəxəssisdən üzr tələb etdilər. Hətta AFFA-nın baş katibi Sərxan Hacıyev də onun sözlərinə görə jurnalistlərdən üzr istədi.

Ancaq bütün bunların fonunda susan yeganə qurum Gənclər və İdman Nazirliyidir. Maraqlıdır, bütün idman növləri ilə maraqlanan, hamısına şəxsi münasibətlərini bildirən nazir Fərid Qayıbov niyə futbol adı gələndə susdu? Halbuki baş məşqçinin sözlərindən sonra dərhal reaksiya verən qurumlardan biri məhz Gənclər və İdman Nazirliyi olmalı idi. Düzdür, futbolumuza cavabdehlik daşıyan AFFA-nın müstəqil qurum olduğunu əsas gətirə bilərlər. Ancaq istənilən halda futbol da ölkənin idman siyasətinə daxildir və bunun birbaşa sözügedən nazirliklə əlaqəsi var. Deməli, Gənclər və İdman Nazirliyi də hər şeydən əvvəl De Byazinin təhqir etdiyi jurnalistlərin məhz azərbaycanlı olduğuna görə italyan mütəxəssisin cavabını verməli idi. Ən azı bir bəyanat yayıb etiraz bildirmək olardı. Ancaq nədənsə nazirlik susdu. Əslində, nazirliyin də mövqeyini öyrənmək istədik. Ancaq bizə bu məsələ ilə bağlı cavab verən, yəni rəsmi mövqe bildirmək istəyən tapılmadı. Halbuki futbolla bağlı nəsə olanda özlərini dərhal ortaya atırlar. Niyə? Bax, bu çox çətin sualdır./qaynarinfo

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv