!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclərdə sürətlə dərinləşən ŞİKAYƏT OVQATI: “Onlar öz valideynlərinin çəkdiyi əziyyətləri...”

!Reklam – Yazi

Fuad Əsədov: “Cəmiyyətdə özlərinə yer tapa bilməyən gənclər şikayətçiliyi və tənqidçiliyi seçirlər”.

Lalə Mehralı: “Müasir dövrün gəncləri narazılığı öz həyat tərzinə çeviriblər”.

Cəmiyyətin mühüm hissəsini təşkil edən gənclərin çoxunda şikayət və etiraz ovqatı qabarıq nəzərə çarpmaqdadır. Müasir gənclər istər təhsil sistemi, istər iş yerləri, istərsə də ümumilikdə cəmiyyətdən narazılıqlarını açıq və sərt formada ifadə edirlər.

Gənclərin bu davranışının səbəbləri barəsində Yenicag.az-a danışan psixoloq Fuad Əsədovun sözlərinə görə, dövrün şərtləri gənclərin özlərini təsdiq etmələrini çətinləşdirir:“Ümumiyyətlə, gənclik yenilik deməkdir. Gənclər özləri ilə yenilik gətirir və bu dəyişiklik bəzən köhnə nəsil tərəfindən nəinki bəyənilmir, hətta tənqid olunur. Müasir dövrdə elm və texnologiya çox sürətlə inkişaf edir. Bununla da tələblərin sürətlə dəyişməsi nəticəsində gənclər qərarsızlıq içərisində qalırlar və özlərini təsdiq etməkdə çətinlik çəkirlər. Sadəcə, çox az istedadlı, seçilmiş, dərin analitik düşüncəsi olan gənclər bu dövrü analiz edir və özlərinə yer tapa bilirlər. Müasir dövrün tələblərinə uyğunlaşa bilməyən gənclər isə şikayətlənməyi və tənqid etməyi seçirlər”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan sosioloq Lalə Mehralı isə bildirib ki, son dövrlərdə gəncləri razı salmaq az qala imkansız hala çevrilib:“Dövrün gəncləri demək olar ki hər şeydən – cəmiyyətdən, təhsildən, valideynlərdən və sair narazıdırlar. Onları məmnun etmək üçün nə qədər alternativlər yaradılsa da yenə də narazılıq edirlər. Düşünürəm ki, gənclər keçmiş nəslə nisbətən daha az çətinlik görüblər. Buna görə də ən xırda çətinliyə belə etiraz edirlər. Onlar öz valideynlərinin çəkdiyi əziyyətləri yaşamayıblar. İndiki gənclər ötən əsrin 90-cı illərindəki çörək növbələrini görməyiblər, ərzaq və geyim qıtlığı çəkməyiblər. Buna görə də ən xırda problem belə onlara böyük çətinlik kimi görünür. Doğrudur, o qədər parlaq həyat yaşamayan, ehtiyac içində böyüyən gənclər də çoxdur. Onların öz etirazlarını açıq ifadə etmələrinin haqlı səbəbləri var”.

Nuray Məmmədzadə

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv