!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclərin psixoloji problemləri: Yarısından çoxu bu addımı... – ARAŞDIRMA / SORĞU

!Reklam – Yazi

Son illərdə yaşlı təbəqəyə nisbətən gənc nəsildə psixoloji simptomlar özünü daha çox biruzə verir. Bəziləri artıq 16 yaşından karyera, bəziləri də sevgi dərdi çəkməyə başlayır. Azərbaycana da nəzər saldıqda görürük ki, hər il yüzlərlə şagird ali məktəbə hazırlaşarkən yüksək stres hiss edir.

Yenicag.az xəbər verir ki, statistikalara görə, mental problemlər səbəbiylə psixi klinikalara müraciət edən yeniyetmələrin sayında 12 faiz artım var. Dünyaca məşhur həkimlər bunun səbəbini 21-ci əsrin həyat qayğıları ilə əlaqələndirir. Məsələn, əvvəlki əsrlərdə maddi problemlər gənclər arasında hiss edilməsə də, indi tam əksi baş verir. Hətta bütün bu problemlərə tab gətirə bilməyib intihar edən şəxslər də çoxdur.

Bu məsələnin həll edilməsində valideynlər böyük rol oynayır. Psixoloqlar düşünür ki, əgər valideynlər övladlarını kiçik problemlərdə qınamaq əvəzinə dəstək olsalar, həm intiharlar, həm də psixi xəstəliklər daha az cərəyan edər.

CNN media agentliyi də bu mövzuda sorğu təşkil edib. Sorğunun nəticəsi zamanı məlum olub ki, hazırda bakalavr təhsili alan tələbələrin 40 faizdən çoxu korona dövründə, 34 faizi isə hal-hazırda təhsili tərk etməyi düşünür. Buna səbəb olaraq onu göstərirlər ki, psixologiyaları dözmür, dərslər çox çətindir, işləmək, pul qazanmaq istəyirlər və s.

İngiltərə Səhiyyə Nazirliyi bildirib ki, dünya üzrə təqribən hər 5 yetkindən biri psixi xəstəliklə savaşır.

Son illərdə ölkəmizdə də gənc nəslin nümayəndələri arasında intihar edənlər və ya intihara cəhd edənlərin sayı artıb.

Şahanə Paşa

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv