!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

General Həsənovun həbsdə qalma müddəti uzadıldı

!Reklam – Yazi

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai araşdırma davam edir.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı seçilmiş qətimkan tədbirinin uzadılması barədə məhkəməyə müraciət edilib.

Səbail Rayon Məhkəməsi müstəntiqin əsaslandırılmış vəsatətini təmin edib.

Qərara əsasən, T.Həsənovun həbsdə saxlanılma müddəti uzadılıb.
Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda ittiham olunur.

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv