!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

General vəzifəsindən azad edildi

!Reklam – Yazi

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.

Bu barədə müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, Ragim Lətifov 18 avqust 2006-cı ildə fövqəladə hallar nazirinin maliyyə məsələləri üzrə müavini təyin edilib.

General-leytenant 23.05.1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə fövqəladə hallar nazirinin daha 4 müavini vəzifələrindən azad ediləcək.

Məsələ ilə bağlı FHN-in mətbuat katibi Gülçün Mehtiyeva ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Bununla bağlı onun “WhatsApp” ünvanına sorğu da göndərilib.

Xatırladaq ki, ötən həftə general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini təyin edilib./Qaynarinfo.az

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv