!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Generallarımız Türkiyədə: Azərbaycan Ordusunun növbəti hədəfi nədir?

!Reklam – Yazi

Ötən gün Azərbaycan Ordusunun 6 generalı Türkiyənin paytaxtı Ankaraya səfər edib. Türkiyə milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı generalları qəbul edib. Türkiyəyə gedən heyətdə Azərbaycan Ordusunun korpus komandanları general-leytenant Mayis Bərxudarov, general-mayor Münasib Babayev də var. 

44 günlük Vətən müharibəsinin qalib komandanlarının səfərdə iştirak etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu cür geniştərkibli səfəri Ermənistanın olabiləcək yeni hərbi eskalasiyasına qarşı hazırlıq kimi dəyərləndirib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçidi dövründə bu cür səfərlərin olması vacibdir:

“Şuşa bəyannaməsindən sonrakı mərhələdə Azərbaycan hərbi və siyasi iradə olaraq Türkiyə modelinə keçidi müəyyənləşdirib və generallarımızın qardaş ölkəyə səfəri də bu proqramın kontekstində qiymətləndirilməlidir. Hərbi-strateji səviyyədə vəzifə tutan generallar və birlik komandirləri türkiyəli həmkarları ilə bu tip görüşlər zamanı Türkiyə Silahlı Qüvvələrini (TSK) içəridən görmək, onların sistemini daha yaxından tanımaq üçün olduqca önəmlidir. Bu tanışlıq səfəridirir və qardaş ölkənin bir sıra hərbi hissələrinə ziyarətlər təşkil olunacaq. Belə səfərlər zamanı müqavilələr imzalanmır. Qeyd etdiyim kimi, bu sadəcə tanışlıq səfəridir. Eyni səviyyədə türkiyəli hərbi vəzifəli generalların da bu cür səfərləri gözləniləndir”.

Elxan Şıxəliyev bu cür səfərlərin mütəmadi təkar olunacağını qeyd edib:

“Səfərdə olan heyətin içərisində 44 günlük müharibədə iştirak etmiş birlik komandirlərinin də olması səbəbindən insanlar arasında qeyd edilən fikirlərin formaşmasına normal yanaşmaq lazımdır. Amma bu səfərlər mütəmadi təkrar olunacaq və biz tez-tez belə görüşlərin şahidi olacağıq. İki qardaş ölkənin hərbi vəzifəli şəxsləri arasında fikir mübadiləsi və tanışlıq məqsədi ilə bu cür görüşlərin baş tutması mütləqdir. Generallarımız Türkiyə Silahlı Qüvvələrini içəridən tanımalı və onların sisteminə daha yaxından bələd olmalıdır. Eyni zamanda Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi də müşavir vəzifəsində Azərbaycanda fəaliyyət göstərir və özəl idarəetmə qrupu çalışır. Bu Türkiyə və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın və ölkəmizin qardaş ölkənin hərbi modelinə keçirilməsinin sürətlənməsi baxımından atılan addımların bir parçasıdır”.

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv