!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Genetik gələcəyi müəyyənləşdirəcək İNQİLABİ ADDIM: “Qohum evliliklərini qadağan etmək...”

!Reklam – Yazi

“Belə evliliklər həm tibbi cəhətdən risklidir, həm də əxlaqi-mənəvi cəhətdən xoşagəlməz haldır”.

Bu fikirləri Azərbaycanda qohum evliliklərinin qanunla qadağan olunmasına dair irəli sürülən və geniş müzakirələrə səbəb olan təklifə münasibət bildirən professor Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, üçüncü və dördüncü dərəcəli qohum evlilikləri tez bir zamanda qadağan edilməlidir:

“İllərdir ki, mətbuatda qohum evliliklərinin ləğv edilməsi ilə bağlı danışıram. Hesab edirəm ki, ölkədə qohum evliliklərini təcili şəkildə qadağan etmək lazımdır. Belə evliliklər həm tibbi cəhətdən risklidir, həm də əxlaqi-mənəvi cəhətdən xoşagəlməz haldır.

Avropa ölkələrində əmi, xala uşaqları bir-birinə bacı-qardaş kimi yanaşırlar, lakin müsəlman xalqlarında belə evliliklər adət halını alıb. İslamda isə insan sağlamlığı üçün təhlükə yaradan hər şey haram hesab olunur. Qohum evliliyindən dünyaya gələn uşaqlarda genetik xəstəliklərə təsadüf edilir.

Ümumiyyətlə, bu evliliklərdən dünyaya gələn uşaqlar çox vaxt sağlam olmur, sağlam doğulsa belə, onlarda daha sonra müxtəlif xəstəliklər yaranır. Biz dəfələrlə belə halların şahidi olmuşuq. Ona görə də hesab edirəm ki, bu məsələyə ciddi yanaşılmalıdır”.

Nuray Məmmədzadə

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv