Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Geniş sosial bazaya malik olmayan Koçaryanın əvvəlki gücünü bərpa etməsi mümkün deyil” - Politoloq

Reklam: High Technic

“Eks-prezident Rusiya ilə indikindən fərqli hansı inteqrasiyaya hazır olduğunu aydın şəkildə göstərə bilmir”.

Bunu ordumuzun qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın böyük siyasətə qayıtdığını elan etməsinə və bu fonda ölkənin baş naziri Nikol Paşinyanın mövcud vəziyyətini dəyərləndirən siyasi şərhçi Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Rusiya öz hərbi-iqtisadi-siyasi həmlələrinin hədəfə çatacağı müddət ərzində Paşinyanın devrilməsini istəmir:

“İkinci dünya müharibəsinə haqq qazandıran, şovinizmi açıq təbliğ edən Koçaryanın Rusiyayönümlü istənilən bəyanatı bu reallığı hələ ki, dəyişdirməyəcək. Kremlin diqqətini özünün ləkələnmiş şəxsiyyətinə yönəltmək üçün Koçaryan ucuz və bayağı vasitələrdən istifadə edir. O, bu günlərdə Moskvadakı sadəlövh açıqlamaları ilə rus siyasi elitasının diqqətini cəlb edəcəyini düşünür.

Ancaq Kremlin bu eyhamlara “kar” olduğu anlaşıldı. Çünki hamıya aydındır ki, Koçaryanın özü də hakimiyyəti zor gücünə ələ keçirmişdi. Hesab edirəm ki, onun Ermənistan siyasətində güvənəcəyi geniş sosial baza yoxdur və bu cür “baqaj”la ölkədə öz gücünün yenidən bərpasına ümid edə bilməz”.

Züriyə Qarayev bildirib ki, Koçaryan Ermənistan auditoriyasına deyil, Rusiya elitasına hesablanmış müsahibəsində guya “rəngli inqilab”ların nəticələrinin “ürəkaçan” olmadığını və öz “işlərini” dadmış təcrübəli adamlara ehtiyac duyulduğunu qabartmaq istəyib:

“Paşinyana eyham vuran keçmiş qaraj müdiri Koçaryan guya Ermənistanda hakimiyyətdə olsaydı, müharibə başlamazdı və başlamış olsaydı, o, yüksək dərəcədə ümumi bir səfərbərlik və cəmləşmə təşkil edərək düşməni dayandıracağı cəfəngiyyatını söyləyir.

Rusiya ilə inteqrasiya proseslərinə eyham vuran Koçaryan İrəvanın Moskva ilə daha dərin qarşılıqlı əlaqəni çox ciddi şəkildə düşünməli olduğunu söyləməklə, indikindən fərqli hansı inteqrasiyaya hazır olduğunu aydın şəkildə göstərə bilmir. Çünki Ermənistan Avrasiya İqtisadi Birliyi KTMT üzvüdür, sərhədlərini Rusiya kontingenti qoruyur”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

384
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100