!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Geniş vüsət alan MEŞƏ YANĞINLARI: "Bu hadisələrin kökündə insan faktoru dayanır"

!Reklam – Yazi

“Yaz-yay aylarında təsərrüfat və turizmlə əlaqədar olaraq insanlar təbiətlə daha sıx təmasda olurlar. Bu bəzi hallarda meşə yanğınlarına şərait yaradır”.

Bu fikirləri son günlər Azərbaycanın bir sıra rayonlarında baş verən meşə yanğınları haqda danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında deyib.Ekspertə görə, meşə yanğınları, əsasən, insanların diqqətsizliyi ucbatından baş verir:

“Demək olar ki, meşə yanğınları dünyanın əksər ölkələrində tüğyan edir. Meşə yanğınlarının ən təhlükəli tərəfi çətin relyeflərdə olmasıdır. Ona görə də bu yanğınların söndürülməsi prosesi çətin olur. Yanğınlar qısa müddətdə geniş ərazilərə yayıla bilir. Bu vəziyyət ekologiya ilə yanaşı, flora və faunuya külli miqdarda ziyan vurur.

Meşə yanğınlarına təsir edən amillərdən biri insanların yay mövsümündə istirahət üçün dağlıq ərazilərə üz tutmasıdır. Yaz-yay aylarında təsərrüfat və turizmlə əlaqədar olaraq insanlar təbiətlə daha sıx təmasda olurlar. Bu bəzi hallarda meşə yanğınlarına şərait yaradır. Ümumiyyətlə, meşə yanğınlarının əksəriyyətində insan faktoru dayanır. İnsanların meşəətrafı ərazilərdə otlaq sahələrini yandırması, piknik təşkil etməsi və odun tam söndürülməsinə əmin olmadan ərazini tərk etməsi kimi hallar meşə yanğınlarını qaçılmaz edir. Digər amil isə meşəətrafı ərazilərin təmiz saxlanılmamasıdır. Həmin ərazilərdə yığılan məişət tullantılarının içərisində olan şüşələr günəşin davamlı təsirindən alışmağa, yanğın təhlükəsinin yaranmasına səbəb olur. Ona görə də meşəətrafı ərazilərdə yaşayan insanlar və turizm obyektləri olan şəxslər təhlükəsizlik qaydaları ilə bağlı turistlərə məlumat verməlidirlər. Çünki meşə yanğınlarından qorunmaq üçün mütləq şəkildə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv