!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Geopolitik poliqona çevrilən Gürcüstan: “Rusiyanın regiondan sıxışdırılması prosesi...” - ŞƏRH

!Reklam – Yazi

“Qərb Rusiyanı regiondan uzaqlaşdırmaqla Qafqaza həmin “qapı”nı yenidən açmağa çalışır”.

Bu fikirləri Gürcüstanda cərəyan edən son proseslərin səbəbini və mümkün inkişafını dəyərləndirən Siyasi Texnologiya Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Qərb Rusiyanı regiondan uzaqlaşdırmaqla, Qafqaza “qapı”sını yenidən açmağa çalışır:

“Əslində, Gürcüstanda indi baş verənləri regionun 2020-ci ildə başlayan yeni nüfuz dairələrinə bölünməsi, konkret desək, Rusiyanın bölgədən sıxışdırılması prosesinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Bu çərçivədə qələbəmizlə yekunlaşan 44 günlük müharibəni xüsusi qeyd etmək olar.

Hazırda bu proses davam edir. Gördüyünüz kimi, Rusiya Ukraynada mövqelərini ard-arda itirir, Cənubi Qafqazda isə sıxışdırılmaqdadır. Təbii, bu prosesdə Gürcüstan yetərincə əhəmiyyətli rol oynayır.

Çünki Gürcüstan yaxın illərə qədər Qərbin Cənubi Qafqaza açılan “qapı”ları idi. Lakin Rusiyanın İvanişvilini orada hakimiyyətə gətirməsindən sonra bu “qapı” bağlandı. İndi isə Qərb Rusiyanı regiondan uzaqlaşdırmaqla Qafqaza həmin “qapı”nı yenidən açmağa çalışır”.

A.Zeynalov

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv