!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

GƏRGİNLİK ARTIR: "Bəzi güclər Yunanıstanı Türkiyə ilə müharibəyə təhrik edərək..." - ŞƏRH

!Reklam – Yazi

“NATO-ya üzv olan iki dövlət arasında gərginliyin yaranması hərbi-siyasi təşkilatın daxilindəki problemlərdən xəbər verir”.

Bunu Yunanıstanın beynəlxalq anlaşmalarla silahsızlaşdırılmış Egey dənizindəki adalarda hərbi təlim keçirmək qərarı və bölgədəki gərginliyi şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, Yunanıstan və onun havadarlarının etdikləri Türkiyəni geri addım atmağa sövq etməyəcək:

“Türkiyə-Yunanıstan münasibətləri son dövrlər çox gərginləşib və bu gərginlik müxtəlif sahələri əhatə edir. Egey dənizində silahsızlaşdırılmış adaları silahlandırırlar və orada hərbi təlim keçirmək qərarı veriblər. Bu da, təbii ki, Türkiyəni ciddi şəkildə narahat edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə sərt şəkildə münasibət bildirdi.

Bu gərginlikdə maraqlı olan tərəflər də var. Nəzərə almaq lazımdır ki, Yunanıstan xristian provaslav dövlətidir. Eyni zamanda, provaslav kilsəsinin Rusiya üçün də qəbul etdiyi mərkəzi Yunanıstandır. Yunanıstanda abidələr, ziyarətgahlar var ki, onlar bütün provaslav aləminin mərkəzi hesab olunur və zəvvarlar hər il ora ziyarətə gedirlər. Ona görə də orada müharibə, eskolasiya, gərginliyin yeni bir səviyyəyə qalxması,ilk növbədə, Rusiyaya müsbət təsir göstərən bir amildir.

Baş verənlərə NATO rəhbərliyi və ABŞ ciddi reaksiya göstərməlidir. Məsələ ondadır ki, sanki münaqişənin alovlanmasında da NATO maraqlı kimi görünür. NATO-nun əsas aparıcı qüvvəsi ABŞ Yunanıstanın silahlandırılmasında birbaşa iştirak edir. Türkiyə də lazımi tədbirlər görür. Türkiyə dörd yandan özünə düşmən olan dövlətlərlə həmsərhəddir. Türkiyə təhlükəsizliyini təmin etmək üçün müxtəlif addımlar atmalıdır. Türkiyə-Yunanıstan sərhədində yunanlar istehkamlar qurmaqda da davam edir. Bu ondan xəbər verir ki, Yunanıstan ciddi şəkidə eskolasiyaya hazırlaşır.

Yunanıstan Balkan regionunda olan dövlətlərin sammitində iştirak etdi. Sammitin əsas təşkəbbüskarı elə Yunanıstan özü idi. O sammitdə hansı informasiyalar paylaşılıb, hansı qərarlar alınıb, bunlar müəmmalı olaraq qalır.

Regionda böyük gərginlik var. Gərginliyin kökü tarixə dayansa da, zaman-zaman müxtəlif hadisələrə dayanan gərginliklər olub və sonradan sakitləşib. Hazırda gərginliyin xüsusi bir dövrüdür. Yunanıstan həmişə antitürk bloklarında təmsil olunub və onların əsas simasına çevrilib. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən öncə də Yunanıstan-Kipr-Ermənistan geosiyasi üçbucağı qurulmuşdu. Rəsmi Bakı da buna sərt reaksiya vermişdi. Bizim də əsas mövqeyimiz ondan ibarətdir ki, Aralıq dənizi hövzəsində sülh qorunmalıdır. Hazırkı proseslər onu göstərir ki, bəzi güclər Yunanıstanı Türkiyə ilə müharibəyə təhrik edərək hansısa siyasi dividentlər əldə etməyə çalışırlar. Türkiyənin müstəqil xarici siyasəti və regionda artan gücünün qarşısını almaq üçün bəzi güclər Yunanıstan kartından istifadə edir. Türkiyə bu cür məsələlərin öhdəsindən gələ biləcək qüdrətə sahib dövlətdir”.

Səxavət Məmməd

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv