!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gərginlikdə Rusiya "BARMAĞI": Danışıqlar süni şəkildə uzadılsa, Azərbaycan bunu etməlidir"

!Reklam – Yazi

“Danışıqlar süni şəkildə uzadılsa, Azərbaycan bufer zona yaratmalıdır”.

Bu fikri Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı, qüvvələr nisbəti və gözlənilənləri dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, həm Qarabağda, həm də şərti sərhəddə atəşkəsin pozulmasında Rusiyanın rolu var:

“Paşinyan müsahibəsində dedi ki, gərginlik bu cür davam edərsə, müharibə ehtimalı ola bilər. Üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistan sərhədində atəşkəs dəfələrlə pozulub, lokal toqquşmalar olub. Bunun tək səbəbi Ermənistan tərəfinin razılaşmanın şərtlərini pozmasıdır. Qarabağda 10 minə yaxın qanunsuz silahlı var. O silahlıların tərksilah olması bu günə qədər yerinə yetirilməyib.

Brüsseldə keçirilən sonuncu üçtərəfli görüşdə Azərbaycan tərəfi Ağdam marşurutunu təklif etmişdi. Avropada da buna müsbət qiymət vermişdilər. Məsələ ondadır ki, separatçılar həmin yolu bağlayıb, barrikadalar qurdular. Bu məsələdə Rusiyanın barmağı var. Həm Qarabağda, həm də şərti sərhəddə atəşkəsin pozulmasında Rusiyanın rolu var.

Əgər məsələ öz həllini tapmasa, danışıqlar süni şəkildə uzadılsa, Azərbaycanın bufer zona yaratmaq haqqı olacaq. Çünki təhlükəsizliyin təmin edilməsi üçün başqa variant qalmayacaq. Bu gün sərhədlər şərtidir, sərhədlər yoxdur.

Gərginliyin artması fonunda atəşkəsin pozulması halları artacaq, bu isə lokal toqquşmaya gətirib çıxara bilər. Lokal toqquşma isə böyük müharibəyə gətirib çıxara bilər. Böyük müharibə olsa, Azərbaycan Ordusu güclüdür. Azərbaycan Ermənistan ordusunun da, Qarabağdakı silahlıların da öhdəsindən rahatlıqla gələ bilər”.

Səxavət Məmməd

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv