!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gərginliyin əsas səbəbi: “Lokal toqquşma ola bilər”

!Reklam – Yazi

“Əgər erməni tərəfi hansısa addım atarsa, Azərbaycan tərəfi adekvat cavab verməlidir”.

Bu fikiri Yenicag.az-a açıqlamasında Ermənistan Azərbaycan arasındakı hərbi gərginliyi dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, lokal toqquşmalar qaçınılmaz görünür.

“Gərginliyin əsas səbəbi Avropa İttifaqı, ABŞ və Ermənistan arasındakı görüşlə əlaqədardır. Kim deyir ki, Ermənistanın sərhəd istiqamətində atdığı addımlar beşinci kolonun, mərkəzi hakimiyyətə tabe olmayan qüvvələrin işidir, bu yalandır. Görünən odur ki, baş verənlər birbaşa Ermənistan dövlətinin işidir və Paşinyan da arxasında durub. Bizdə nədənsə bəziləri bunu birbaşa Ermənistana bağlamaq istəmir”, – deyə o əlavə edib.

Hərbi ekspert deyib ki, gərginliyin sonunda qısa, lokal toqquşma ola bilər:
“Əgər erməni tərəfi hansısa addım atarsa, Azərbaycan tərəfi adekvat cavab verməlidir. Burada adekvat olmaq çox önəmlidir. Çünki dozanın artmasını istəyən qüvvələr var. Ermənistan müdafiə naziri bildirdi ki, sərhəd istiqamətində baş verənlər Azərbaycana yönəlməyib, ancaq çox aqressiv çıxış etdi.

Düşünürəm ki, dünən keçirilən görüşün görünən tərəfi iqtisadi məsələlər idi, ancaq pərədə arxasında hərbi məsələlər müzakirə edilib.

Rusiya Ermənistana xəbərdarlıq etdi ki, Avropaya inteqrasiya etmək İrəvana baha başa gələ bilər. Rusiya Ermənistan arasında gərginlik də artan xəttlə davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv