!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gərginliyin PİK HƏDDİ: “Azərbaycan Ordusu tətikdədir, hər an...”

!Reklam – Yazi

“Azərbaycan Ordusu tətikdədir. Hər an antiterror əməliyyatları başlaya bilər. Ermənistan qorxusundan sərhədə qoşun yığır”.

Bunu separatçı rejimin yenidən “seçki” xülyasının nə ilə nəticələnəcəyi haqda fikirlərini səsləndirən Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, 44 günlük müharibədə təslim olaraq kapitulyasiya aktına imza atan Ermənistan yenidən revanşist addımlar atmağa başlayır:

“Bunu isə hər kəsə bəlli olduğu kimi öz gücünə etmir. Rusiyanın, Fransanın, Qərbin bir çox dövlətlərinin, İranın, həmçinin ABŞ-nin maraqları üzərinə edir. Bu dövlətlər Ermənistanda revanşist qüvvələri yenidən formalaşdırmağa çalışırlar. Ermənistanda heç vaxt hansısa qüvvə olmayıb. Hər zaman kənarda formalaşdırılıb, gücləndirilib və təlimatlandırılaraq separatizm fəaliyyətinə cəlb olunub.
Qondarma rejimin “lideri” Arayik Arutyunyanın istefasından sonra Qarabağda yenidən “seçki” xülyasına düşən separatçılar Samvel Şaxramanyanı özlərinə rəhbər seçmək istəyir. Bu addımla Azərbaycan qanunlarına tabe olmadıqlarını nümayiş etdirirlər. Beləliklə, Azərbaycanı antiterror əməliyyatına təhrik edirlər.

Çox təəssüf, bu münaqişəni qızışdıranlar hər zaman ABŞ, Fransa, Rusiya və ATƏT-in Minsk qrupunun üzvləri olublar. BMT-nin 30 il ərzində qəbul etdiyi 4 qətnamənin icrasına məhəl qoyulmayıb.
Laçına SPAYKA TIR-larını yığmaqla Qarabağda humanitar böhran şousu yaratmağa çalışanlar Ağdam-Xankəndi yolundan Azərbaycanın göndərdiyi humanitar yardım maşınlarına maneə yaradırlar. Bu isə ermənilər üçün Azərbaycanın səbr kasasının dolmasından başqa heç nə vəd etmir.

Qarabağda separatçı rejimin silahı könüllü olaraq yerə qoyacağı görünmür. Başda Fransa olmaqla münaqişəni qızışdırmağa çalışan ölkələr BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul edərək ölkəmizə qarşı beynəlxalq təzyiqləri artırmağa çalışırlar. Azərbaycan belə oyunlara aldanmayacaq, Arayik, Ruben, Samvel kimi terrorçuların Qarabağda ayaq açmasına imkan verməyəcək.

Azərbaycan Ordusu tətikdədir. Hər an antiterror əməliyyatları başlaya bilər. Ermənistan qorxusundan sərhədə qoşun yığır. Çox təəssüf, Fransadan siyasi, Rusiyadan və Hindistandan hərbi, İrandan mənəvi dəstək alaraq Azərbaycana qarşı çirkin plan qurulur. Azərbaycan qarşıda Türkiyə ilə bu planı pozmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv