Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Geri çəkilən ermənilər dinc əhalini hədəfə alıblar" - Səxavət Məmməd cəbhədən xəbər verir

“Düşməni geri çəkilməyə məcbur edən Ordumuz Tərtər rayonu istiqamətində əhəmiyyətli irəliləyişə nail olub”.

Bunu döyüş bölgəsində oktyabrın 3-ü saat 13:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin verdiyi məlumata görə, gecə saatlarından bu saata qədər gərginlik fasiləsiz olaraq davam edib:

“Ermənistanın artilleriya bölmələri gecə saatlarında Ağdam və xüsusilə, Tərtər istiqamətlərini atəşə tutmaqda davam ediblər. Ordumuzun təzyiqi qarşısında geri çəkilən ermənilər yaşayış məntəqələrimizi və dinc əhalini hədəfə alıblar.

Düşmənin bu fəallıq cəhdinə baxmayaraq, Silahlı Qüvvələrimizin artilleriya bölmələri erməni mövqelərinə sarsıdıcı zərbələr endirib.

Əldə etdiyim məlumata görə, düşməni geri çəkilməyə məcbur edən Ordumuz Tərtər rayonu istiqamətində əhəmiyyətli irəliləyişə nail olub .

Bu gün hava şəraitinin əlverişli olması da Ordumuza əks-hücum əməkiyyatlarını uğurla davam etdirməyə imkan verir”.

Gülşən Şərif

www.yenicag.az

104