!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gimnastlarımız beynəlxalq turnirdə medallar qazandılar

!Reklam – Yazi

Azərbaycanın bədii gimnastı Sofiya Məmmədova Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “İrina Deleanu Cup” beynəlxalq turnirində topla gümüş, halqa ilə hərəkətlərin icrasında isə bürünc medal qazanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Yığmanın digər üzvü Nəzrin Abdullayeva isə gürzlərlə hərəkətlərin icrasında bürünc medal qazanıb.

Qeyd edək ki, gənclərdən ibarət Azərbaycan millisi “İrina Deleanu Cup”da komanda hesabında ikinci yeri tutub. Komandanın heyətində Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yer alıblar.

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv