!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gizli əməliyyat "etiraf"ının əsl SƏBƏBİ: “Rusiyanın təhriki ilə...”

!Reklam – Yazi

“Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın Ermənistana silah göndərilməsini “etiraf etməsi”ni Azərbaycan-Ukrayna münasibətlərinin pozulmasına hesablanmış addım kimi qiymətləndirmək lazımdır”.

Bunu Arutyunyanın belə bir gizli əməliyyatı hansı məqsədlə “etiraf” etməsinə münasibət bildirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Hovakim Arutyunyanın belə bir fikir söyləməsi təxribat xarakteri daşıya bilər:

“Məsələ çox ciddidir. Bu açıqlamada iki məqsəd güdülə bilər. Çünki Azərbaycan Rusiya-Ukrayna müharibəsində Kiyevə humanitar yardımlar göstərir.

Bu, Azərbaycan-Ukrayna münasibətlərinin korlanmasına xidmət edən açıqlama kimi qiymətləndirilə bilər. Və yaxud həqiqət də ola bilər. Hər iki hal mümkündür.

“Vətən” müharibəsində Ukrayna hökuməti açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini etiraf edib. Qarabağın Azərbaycana aid olduğunu və ölkəmizin yanında olduğunu bildirib. Ona görə də həmin açıqlamanı Azərbaycan-Ukrayna münasibətlərinin pozulmasına hesablanmış addım kimi qiymətləndirmək lazımdır. Hətta bu addımın Rusiyanın təhriki ilə atıldığını belə ehtimal etmək olar. Hər halda mövcud vəziyyətlə bağlı addım atmalıyıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv