!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gizlinlərini bölüşən Günel KÖVRƏLDİ: “İstəmirəm qızım taleyimi yaşasın”

!Reklam – Yazi

“O, nə qədər ki, qızımın yanında olacaq, mənim başımın tacıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova keçmiş həyat yoldaşı ilə bağlı danışarkən deyib.

Sənətçi şəxsi həyatı ilə bağlı gizlin məqamları bölüşüb:

“Əsla istəmərəm ki, mənim yaşadığım taleyi qızım da yaşasın. Amma inanıram ki, yaşamayacaq. Çünki qızımın arxasında dayanan dağ kimi atası var. Qızım məndən də çox atasını istəyir. Atası da ona çox bağlıdır. Qızımın atasına xoşbəxtlik arzulayıram. Çünki doğrudan da gözəl insandır. Əsas odur ki, o, qızımın yanında olsun, yetər. Nə qədər ki, qızımın yanında olacaq, o mənim başımın tacıdır”.

Heç vaxt gəlinlik geyinmədiyini deyib kövrələn Günel nakam arzusundan danışaraq kövrəlib:

“Heç vaxt gəlinlik geyinməmişəm. O, arzum indi də ürəyimdədir. Amma daha gecdir. İndi gəlinlik geiynən yaşda deyiləm. Ürəyim də hər kəsin üzünə bağlıdır, qıfıllamışam”.

Müğənni bu sözləri “Milli şou” verilişində deyib.

Nehru

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv