!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Global Media Group” MMC-nin şirkətləri sertifikatlar aldı - FOTO / VİDEO

!Reklam – Yazi

Bu gün “Global Media Group” MMC-nin tərkibində olan şirkətlərə ISO sertifikatlarının təqdi etmə mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 və SƏTƏM idarəetmə sisteminə dair tələbləri müəyyənləşdirən ISO-45001:2018 sertifikatlarına layiq görülüblər.

Mərasimdə “TÜV Austria” audit şirkətinin direktoru Ülkər Quliyeva, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Global Assurance” şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə Zəmanət Departamentinin direktoru Günel Qureyşi, “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev, “Baku TV”nin rəhbəri Ramin Cəfərov və “Oxu.Az”ın Baş redaktoru Ülvi Səfərov çıxış ediblər.

“Global Management” MMC-nin İdarə Heyətinin sədri Rövşən Nizamov sertifikatlaşdırma məsələsində əsas məqsəd fəaliyyətdə keyfiyyətin yüksək dərəcədə olmasını göstərmək idi.

“Global Management” idarəetmə üzərində qurulub və uğurlu yol düzgün idarəetmədən keçir. Biz düzgün siyasətlə qarşıya qoyulan bütün məqsədlərə çata bilərik”, – R. Nizamov deyib.

“Global Assurance” şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə Zəmanət Departamentinin direktoru Günel Qureyşi çıxışında bildirib ki, bu sertifikatlar 160-dan çox ölkədə 1 milyondan çox şirkət tərəfindən tətbiq edilir. Ölkəmizdə nə qədər çox şirkət bu sertifikatları alarsa, bu, ölkə üzrə beynəlxalq standartlara uyğun fəaliyyətə dəlalət edər.

Daha sonra çıxış edən Ülkər Quliyeva qeyd edib ki, media şirkətlərində olan həvəs qürurvericidir. Media sahəsində ilk dəfə “Global Media Group”u və onların nəzdində fəaliyyət göstərən “Report.az”, “Oxu.az” və “Baku TV” şirkətləri ilə işlədik. İlk dəfə idi media şirkətləri İSO sistemləri ilə bağlı əməkdaşlıq edir və audit aparır.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə öz növbəsində bildirib ki, Medianın beynəlxalq standartlara çatması daim gündəmdə olan məsələdir və “Global Media Group”un bu sahədə atdığı addım təqdirəlayiqdir.

“Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev vurğulayıb ki, sertifikatların alınması “Report” İnformasiya Agentliyinin beynəlxalq arenaya çıxışını asanlaşdıracaq və üzərlərinə əlavə məsuliyyət qoyur.

Baku TV-nin rəhbəri Ramin Cəfərov isə çıxışı zamanı, ““Baku TV” yayım portalı tərəfindən belə bir uğurun əldə edilməsi  stimulverici haldır. Çalışacağıq ki, bundan sonra da informasiya keyfiyyətini daha da artıraq”, – deyə bildirib.

Oxu.Az-ın baş redaktoru Ülvi Səfərov  başda “Global Media Group”un rəhbəri Elnur Abdullayev olmaqla, rəhbərliyə göstərdikləri etimada görə təşəkkür edib.

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv