Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gömrükdə yuyucu vasitələrin içərisində dərman tapıldı

Gömrük əməkdaşları güclü təsir edən maddələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Yenicag.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, 12 ədəd yuyucu vasitənin içərisində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1250 ədəd olan “T-Dol-200 Tramadol Hydrochloride Tablets 200mq” adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tramadol “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir və aşkar olunan 1250 ədəd dərman preparatında tramadolun təsiredici maddəsinin ümumi miqdarı 250 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

655