!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə daha bir general təqaüdə göndərildi

!Reklam – Yazi

Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi işdən çıxarılıb. 

Yenicag.az xəbər verir ki, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə, dünən Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.
Xatırladaq ki, general-mayor Mirqasım Vahabov sabiq Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyevin adamı kimi tanınıb. O, sabiq komitə sədri Səfər Mehdiyevin də inamını qazanmışdı.
Qeyd edək ki, , general-mayor Vahabov Mirqasım Fazil oğlu  31 dekabr 1955-ci ildə anadan olmuşdur.
1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurmuşdur. 1999-cü ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən 2006-cı ildə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə, 2009-cu ildə gömrük orqanlarında uzun müddət və qüsursuz xidmətə görə “Gömrük orqanlarında xidmətə görə” III dərəcə döş nişanı, 12 avqust 2014-cü il tarixli əmrə əsasən “Gömrük orqanlarında xidmətə görə” II dərəcə döş nişanı, 24 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
25 may 2012-ci il tarixində Komitə Sədrinin müvafıq əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı ilə, 27 may 2015-ci il tarixli əmrə əsasən “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2016-cı il tarixli 1750 nömrəli Sərəncamına əsasən 3 –cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

www.yenicag.az

203
Ads
www.veteninfo.com
!Reklam – Arxiv